Azərbaycanda ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə oktyabrın 16-da başlanacaq

Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcək.

Azərbaycanda ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə oktyabrın 16-da başlanacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fonddan  verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 min manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.

Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcək.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin aşağıda təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.

DiasporPress.az