Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 246 974 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 233 087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 521 nəfərdir.
Ölkədə son sutka ərzində 5928, hazırkı dövrədək isə 2 782 463 test aparılıb.
Qeyd edək ki, ötən gün Azərbaycanda 814 nəfər koronavirusa yoluxmuş, 12 nəfər isə vəfat etmişdi.
Diasporpress.az