Azərbaycan Mini-Futbol Federasiyasının rəhbərliyində dəyişiklik olunub.
Bu barədə Oxu.Az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Orxan Hüseynov deyib.
Onun sözlərinə görə, federasiyanın sədri Elxan Əsədov avqustdan bəri qurumun rəhbəri deyil:
“Elxan bəy öz istəyi ilə ərizə yazaraq federasiyadan ayrılıb. Federasiyada sədr müavini Taleh Nəsibov idi. Bu səbəbdən hazırda o, sədr funksiyasını müvəqqəti icra edir”.
Qeyd edək ki, Azərbaycan Mini-Futbol Federasiyası (əvvəl assosiaya olub – S.M.) 2017-ci ilin sonlarından fəaliyyətə başlayıb. Həmin vaxtdan federasiyanın sədri Elxan Əsədov olub.
Azərbaycan Mini-Futbol Federasiyasının müvəqqəti rəhbəri Taleh Nəsibov isə bu qurumun təsisçisi və sponsoru olan “Azfar Group” MMC-nin direktoru olub.
Ötən ildən “Zirə” futbol klubunun fəxri prezidenti olan Orxan Məmmədova məxsus “Azfar Group”un direktoru Lalə Məmmədovadır.
DiasporPress.az