Cari ilin doqquz ayı ərzində Azərbaycanda 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.
DiasporPress.az xəbər verir ki, boşananların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı (6,3) eyni olsa da, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.
Boşanan cütlüklər arasında nikah müddəti beş ilə qədər davam edənlər (5296) üstünlük təşkil edir.
Boşananlar arasında kişilərin yaş ortalaması 30-34, qadınların isə 25-29 olaraq qeydə alınıb.
DiasporPress.az