Ölkə

Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcək

“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.

Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.

DiasporPress.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib.

Nazirlik rəsmisi onu da deyib ki, “ASAN imza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “ASAN imza” sertifikatı ala biləcəklər”.

 

DiasporPress.az