Ölkə

Azərbaycanda alim koronavirusdan vəfat etdi: Ailəsi də yoluxub – FOTO

Azərbaycanda alim koronavirusdan vəfat etdi: Ailəsi də yoluxub – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda alim 70 yaşında koronavirusdan vəfat edib.

DiasporPress.az-ın məlumatına görə, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv reagentlər və preparatlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Ziyafəddin Əsədov bu gün ölüb.

Onun həyat yoldaşı və kürəkəni də koronavirusa yoluxublar.

Qeyd edək ki, dünən alimin koronavirusa yoluxması və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Kimyaçı alim 475 elmi əsərin, o cümlədən, 10 monoqrafiya və dərs vəsaiti (kitablardan dördü ingilis dilindədir), 10 ixtira, 150-dən artıq xaricdə dərc olunmuş məqalənin müəllifi idi. Onun elmi rəhbərliyi ilə altı elmlər doktoru və dörd fəlsəfə doktoru dissertasiyaları müdafiə olunub.