Ölkə

Azərbaycanda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanmasına rəsmi REAKSİYA – YENİLƏNİB + FOTO

Azərbaycanda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanmasına rəsmi REAKSİYA – YENİLƏNİB + FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə mayın 5-də Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində 14 yaşlı qıza nişan mərasimi keçirilməsi barədə yayılan məlumatlar doğrudur və bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər görülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib:

“Komitəyə məlumat daxil olan kimi məsələ araşdırılıb. Aidiyyəti üzrə bu mərasimin keçirilməsinin qarşısı alınıb. Baxmayaraq ki, nişan mərasimi hər iki tərəfin ailə razılığı ilə həyata keçirilib. Lakin, Komitənin, Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə ailə ilə profilaktik söhbət aparılıb. Bildirilib ki, azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasimi həyata keçirilərsə, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi tədbir görüləcək”.

Eyni zamanda araşdırma nəticəsində qızı nişanlamaq istədikləri şəxsin Rusiya vətəndaşı olması da müəyyən edilib:

“Oğlan Rusiya vətəndaşı olub. Bu barədə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilib. Komitə tərəfindən yerli icra hakimiyyəti orqanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya bu məsələni nəzarətdə saxlamaları ilə bağlı təlimat verilib”.