Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.
DiasporPress.az xəbər verir ki, bunlar Biləsuvar rayonundakı “Azad Kapital” və Bərdə rayonundakı “Sarı Bulaq” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 47-dən 45-ə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 14-dən 16-ya çatıb. 2018-ci ildə isə Palata 15 kredit ittifaqını maliyyə bazarından kənarlaşdırmışdı.
DiasporPress.az