Ölkə

Azərbaycan vətəndaşları Türkiyədə qəzaya düşdü – FOTO

Azərbaycan vətəndaşları Türkiyədə qəzaya düşdü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Sabah.com xəbər verir ki, hadisə İstanbulun Maltəpə rayonunda, yerli vaxtla 06:00-da baş verib.

Sürücü M.Ç. və Azərbaycan vətəndaşları – H.M., S.M., A.T.-nin olduğu yük maşını eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşub.

Nəticədə yük maşınında olan iki azərbaycanlı və mikroavtobusun sürücüsü xəsarət alıb. Yaralılar Fatih Sultan Mehmet Xəstəxanasına aparılıblar.

Qəza nəticəsində yolda hərəkət bir saatlıq dayandırılıb.