Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyədə fəaliyyət göstərən vəkil-hüquqşünaslara müraciət edib.
Müraciətdə A. Bağırov onları qondarma “erməni soyqırımı” ilə bağlı yaradılan petisiyaya qoşulmağa çağırıb.
“Azərbaycan və Türkiyə vəkillərini və hüquqşünaslarını son günlər ABŞ-da saxta “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş qərara və qondarma “DQR” təmsilçilərinə ABŞ-a viza verilməsinə və Konqresdə görüşlərinə etiraz olaraq ABŞ Prezidentinə və Konqresinə ünvanlammış müraciətə (petisayaya) qoşulmağa çağırıram!”, – deyə sədr qeyd edib.