Azərbaycan və Qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Qırğızıstanda yaşayan 20 minə qədər azərbaycanlı öz ana dilini və adətlərini qoruyub saxlayıb.
Müstəqil dövlət olaraq, 1993-cü ildə Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü zamanı, iki ölkə arasındakı münasibətləri möhkəmləndirmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb. 1997-ci ilin aprel ayında Qırğızıstan Prezidenti Əsgər Akayev Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfəri zamanı Prezident Heydər Əliyev nitq söyləyib: “Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir”. Bu görüşdə müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib.
İkitərəfli münasibətlərin genişlənməsində isə Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 10 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşmüşdür. Qırğızıstan Prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq.
9 aprel 2000-ci ildə Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi mərasimində Qırğız Respublikasının Prezidenti Ə.Akayev iştirak edib. Azərbaycan nümayəndə heyəti isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində iştirak edib.
Prezident İlham Əliyevin sayəsində siyasi-ticari əlaqələrlə yanaşı, mədəni əlaqələrimiz də yeni inkişaf mərhələsinə yüksəlib.
2008-ci ilin fevral-mart aylarında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilib. Çingiz Aytmatov Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.
İki dövlət arasında hərtərəfli əlaqələrin genişlənməsinin, yeni mərhələyə qədəm qoymasının bariz nümunəsinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun 20 aprel 2022-ci ildəki tarixi gürüşündə bir daha canlı şahidi olduq.
Qırğızıstan Respublikasının Prezidentinin respublikamıza səfərini yüksək qiymətləndirən ölkə rəhbəri cənab İlham Əliyev dost, qardaş dövlətlə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulmasına toxundu. Eyni zamanda, Prezident Sadır Japarovun səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Prezident İlham Əliyev iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığı keyfiyyətcə daha yeni səviyyəyə çatdıracağını da vurğuladı.
2023-cü ildə Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Respublikasının Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı Cənab İlham Əliyev münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlığın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkdi.
Azərbaycana böyük heyətlə rəsmi səfərindən məmnunlugunu bildirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyinə diqqəti yönəltdi.
Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən dost ölkənin rəhbəri iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirdi. Bundan başqa, Qırgızıstan Respublikasının Prezidenti yaradılan dövlətlərarası şuranın ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacağına da əminliyini vurğuladı.
Yeri gəlmişkən, bu gün iki qardaş dövlət arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə çıxarıb. Buna görə də Qırgız Respublikasının rəhbəri Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib.
Göründüyü kimi, 44 günlük möhtəşəm Qarabağ zəfərindən sonra, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühum addımlar atır, təşəbbüslər göstərir.
Beynəlxalq sahəyə gəlincə, qeyd edim ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə
minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.
Tam qarşılıqlı anlaşma şəraitində keçən bu görüşdə mühüm sənədlər imzalandı.
Bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.
Bütün bu diplomatik ugurlar isə Prezident İlham Əliyevin uzaqgörən, uğurlu siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla sıx vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.
Bakı şəhəri Suraxanı rayonu
16 nömrəli Uşaq Poliklinikasının baş həkimi Könül Hümbətova