Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.
DiasporPress.az xəbər verir ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər işgüzar turizmin inkişafı və birgə turizm paketlərinin hazırlanması məsələlərini nəzərdən keçiriblər.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər.
DiasporPress.az