Ölkə

Azərbaycan Tennis Federasiyası daha bir beynəlxalq yarış keçirəcək

Azərbaycan Tennis Federasiyası daha bir beynəlxalq yarış keçirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tennis Federasiyası daha bir beynəlxalq yarış təşkil edəcək.

Diasporpress.az xəbər verir ki, yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri keçiriləcək.

Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçiriləcək budəfəki turnirlər 26 noyabr – 11 dekabr 2022-ci il tarixlərində baş tutacaq.

Nisbətən yüksək reytinq verən bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunur. Bu yarışlarda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan çox sayda qız və oğlan tennisçilər iştirak edəcəklər.