Diaspor

Azərbaycan Praqada mədəniyyətlərarası festivalda təmsil olunub

Azərbaycan Praqada mədəniyyətlərarası festivalda təmsil olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatının könüllüsü Xədicə Əliyevanın təşəbbüsü və Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı ilə ölkəmiz Çex Respublikasında keçirilən XV “RefuFest” mədəniyyətlərarası festivalında təmsil olunub.

 

Müxtəlif xalqlarının mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Belarus, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Rusiya Federasiyasının Tatarıstan və Çeçenistan Respublikaları, Ukrayna, Vyetnam və digər ölkələrin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində kitablar, suvenirlər nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim olunub. Milli geyimdə ziyarətçiləri qarşılayan azərbaycanlı gənclər qonaqlara Azərbaycan mədəniyyəti və  mətbəxi barədə ingilis, rus və çex dillərində ətraflı məlumat veriblər, “Sarı gəlin” xalq mahnısını ifa ediblər.

 

Qonaqlar Azərbaycan guşəsi ilə tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.

DİASPORPRESS.AZ