Ölkə

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Azərbaycan xalqını təbrik edib

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Azərbaycan xalqını təbrik edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb.

Diasporpress.az xəbər verir ki, məktubda deyilir:

“Əziz soydaşlarımız, əziz idmançılar!

Sizin hər birinizi mənşəyi çox qədimlərə qədər gedib çıxan, ulu babalarımız tərəfindən qorunub saxlanan və bu günədək yaşayan Novruz bayramı münasibətilə təbrik edirəm.

Novruz yaz fəslinin, baharın gəlişinin müjdəçisidir. Baharın gəlişi ilə təbiət dirilir və torpaq yenidən canlanır. Qədim zamanlarda ulu babalarımız təbiətin oyanışını, ağacların çiçək açmasını, torpağın canlanmasını diriliş kimi simvolizə ediblər. Bu ənənə günümüzə qədər gəlib-çıxıb və qorunub-saxlanıb.

Özündə müqəddəs və xeyirxah ənənələri ehtiva edən və yaşadan bu bayram Azərbaycan xalqının təmtəraqla qeyd etdiyi, çoxəsrlik tarixə malik olan bayramdır. Ənənəyə sadiq olan hər kəs bu günlərdə bir-biri ilə bayramlaşır, küsülülər barışır, insanlar bir-birini ziyarət edirlər.

Əziz soydaşlarımız, əziz idmançılar!

Arzu edirəm ki, hər gününüz Novruz bayramı kimi xoş və təravətli keçsin. Hər birinizə xoş ətirli bayram əhval-ruhiyyəsi arzu edirəm. Vətənimiz Azərbaycandan firvanlıq və əminamanlıq, evinizdən xoşbəxtlik, süfrənizdən ruzi və canınızdan sağlamlıq əskik olmasın!”.