Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzləri və poliqonlarda minaatan, artilleriya, reaktiv və tankəleyhinə batareyalarla döyüş şəraitinə maksimal yaxın şəraitdə döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, təlimlər zamanı kəşfiyyat bölmələri, PUA və digər bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə döyüş uzlaşması tədbirləri icra olunub.
Bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.
Diasporpress.az