Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
Döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.
Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
P.Tağıyev subay idi.
Allah rəhmət eləsin!
Diasporpress.az