Diasporpress.az xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı #Tvinninq layihəsi çərçivəsində 2️3-27 avqust 2021-ci il tarixlərində Litva Respublikasına tədris səfəri təşkil olunub.
Tədris səfərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi ilə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin Sabunçu rayonu Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri iştirak edir.
Səfərin məqsədi qurumlararası əməkdaşlıq üzrə praktiki təcrübə mübadiləsinin aparılmasıdır.
Səfər çərçivəsində 23 avqust 2021-ci il tarixində Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Naziri Monika Navickienė ilə görüşüb.
Görüş zamanı Tvinninq layihəsi üzrə həyata keçirilən fəaliyyətlər müzakirə olunub, qarşıdakı dövr üçün nəzərdə tutulmuş fəaliyyətlər barədə fikir mübadiləsi aparılmışdır. Daha sonra Azərbaycan nümayəndə heyəti məişət zorakılığı qurbanları üçün 24/7 xidmət göstərən sığınacaq və yardım mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Qeyd edək ki, səfər çərçivəsində Qadın Məlumat Mərkəzi, Vilnüs Polis İdarəsi, Vilnüs Şəhər Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzinə və digər əlaqədar müəssisələrə ziyarət nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Delegation of the European Union to Azerbaijan