Ölkə

Azərbaycan nümayəndə heyəti ermənilərin gülləbaran etdiyi ofisi ziyarət etdilər — FOTOLAR

Azərbaycan nümayəndə heyəti ermənilərin gülləbaran etdiyi ofisi ziyarət etdilər — FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisini ziyarət edərək, Dərnəyin sədri İlhan Aşkına dəstək nümayiş etdirib.

İnterpress.az xəbər verir ki, görüşdə Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunaraq, incidilməsi məsələsinə toxunulub.

Qeyd olunub ki, 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən İlhan Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə danışaraq, erməni vəhşiliyini pisləyib.

Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib.

Ermənilərin şikayəti əsasında Niderland polisi qərəzli araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə – “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin tələbləri ilə istintaqa cəlb olunub.

Görüşdə iştirak edən qonaqlar İlhan Aşkının üzləşdiyi haqsız durumla əlaqədar dərnək başqanına dəstək ifadə ediblər.

Daha sonra qonaqlar İlhan Aşkının təcrübəli vəkillə təmin olunmasına yardım üçün əlindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Vurğulanıb ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələ, Qarabağ uğrunda mücadilədir.

Daha sonra qonaqlar Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisindəki şəraitlə yaxından tanış olublar.

İlhan Aşkın Bakıdan gələn qonaqlara bu yaxınlarda erməni cinayətkarları tərəfindən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisində törədilmiş sui-qəsd cəhdinin izləri ilə tanış edib.

Bildirib ki, bu yaxınlarda erməni silahlıları Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisinə odlu silahdan atəş açaraq, dərnək üzvlərinə qarşı terror aktı planlaşdırıb. Ancaq ofisin şüşələri zirehli olduğu üçün xoşbəxtlikdən ölüm halı olmayıb.

Görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.

Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) “Nieuwspoort” Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Onu da bildirək ki, sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli Niderlandda səfərdədir.