Diaspor

Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçıları Moldova Azərbaycanlıları Konqresini (MAK) ziyarət edib

Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçıları Moldova Azərbaycanlıları Konqresini (MAK) ziyarət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı Moldova Respublikasında “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu çərçivəsində Moldovada səfərdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimayi Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyyətinin sədri Nihad Allahyarlı Moldova Azərbaycanlıları Konqresini (MAK) ziyarət edib.

Qonaqları salamlayan Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov diaspor fəaliyyətinə Azərbaycanın vətəndaş cəmiyyətinin və medianın dəstəyinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqlarını gücləndirdiklərini bildirən MAK sədri hər zaman birgə layihələrə önəm verdiklərini qeyd edib.

Səmimi görüş üçün Moldova Azərbaycanlıları Konqresi rəhbərliyinə təşəkkür edən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimayi Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili bildirib ki, Azərbaycan QHT və mediası hər zaman xaricdəki soydaşlarının yanında olub və olmağa davam edəcək. Biz birlikdə güclüyük deyən birlik sədri Moldova Azərbaycanlıları Konqresi ilə əmaəkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki Moldovadakı Azərbaycan diasporasının fəaliyyətlərini məmnuniyyətlə izləyir. “Qürbətdə yaşamağın və diaspor fəaliyyəti ilə məşğul olmanın nə qədər məsuliyyətli, nə qədər çətin və nə qədər önəmli olduğunu yaxşı bilirəm” deyən Aqil Ələsgər hərtərəfli media dəstəyi verməyə hazır olduqlarını bildirib.

“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı diaspor təşkilatlarının xüsusi önəmini vurğulayaraq Moldovada yaşan gənc soydaşlarımız və yerli gənclər təşkilatları ilə daha sıx və işgüzar münasibətlər qurmağa maraqlı olduqlarını bildirib. Sonda N.Allahyarlı “Davam” Gənclər Hərəkatı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə həyata keçirə biləcəyi layihələr haqqında təkliflərini səsləndirib. Görüş qarşılıqlı müzakirələrlə davam edib.

Qeyd edək ki, 16-22 yanvar tarixində gerçəkləşəcək işgüzar səfər zamanı Kişinyovda “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu və sərgi keçiriləcək, Moldovanın dövlət qurumları və ictimai institutları ilə görüşlər baş tutacaq.