Ölkə

Azərbaycan Könüllüləri Müstəqillik gününü qeyd ediblər – FOTO

Azərbaycan Könüllüləri Müstəqillik gününü qeyd ediblər – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Könüllüləri Müstəqillik gününü qeyd ediblər.

Diasporpress.az xəbər verir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə olmuşdur.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində bacardı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Müstəqilliyini ilk dəfə qazanan Azərbaycan, tarixini unutmayan gəncləri sayəsində daima xatırlanır. Bunun nəticəsidir ki, 28 may – Müstəqillik günü münasibəti ilə 100-dən çox Azərbaycan könüllüsünün Fəxri Xiyaban və Şəhidlər Xiyabananına ziyarəti baş tutub.

İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar. Könüllülər sonra Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb məzarlarının üzərinə qərənfillər düzüblər.

Daha sonra, AKTİ-yə üzv olan könüllü təşkilatların rəhbərlərin İstiqlal bəyannaməsi abidəsinə ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.