Ölkə

Azərbaycan könüllüləri 27 sentyabr – Anım Gününü qeyd ediblər – FOTOLAR

Azərbaycan könüllüləri 27 sentyabr – Anım Gününü qeyd ediblər – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan könüllülərinin iştirakı ilə 27 sentyabr – Anım Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.

Anım Günü ilə əlaqədar olaraq təşkilat nümayəndələrinin və könüllülərin iştirakı ilə II Fəxri Xiyaban ziyarət edilib. 500-ə yaxın könüllünün iştirak etdiyi ziyarətdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının məzarları üzərinə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib.

Könüllülərin “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş döyüşçü qazilərlə görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasının Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər. Görüş könüllüləri maraqlandıran suallarla davam edib.

Tədbirlər silsilə formada Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində də davam edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan “Ağdam Könüllüləri” Proqramı üzrə Ağdam şəhərində fəaliyyət göstərəcək olan 20 nəfərə yaxın könüllü ağacəkmə aksiyasında iştirak edib. 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə baş tutub.