Diaspor

Azərbaycan ilk dəfə Müsəlman incəsənəti və mədəniyyəti festivalında təmsil olunub

Azərbaycan ilk dəfə Müsəlman incəsənəti və mədəniyyəti festivalında təmsil olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlman incəsənəti və mədəniyyəti festivalı (MACFEST) bu il ilk dəfə beynəlxalq miqyasda təşkil olunub və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə ölkəmiz həmin festivalda təmsil olunub. Festival islamofobiya ilə mübarizə, həmçinin müsəlman və qeyri-müsəlman icmaların bir araya gətirilməsi məqsədi ilə keçirilir. MACFEST-in qurucusu və icraçı direktoru Qaisra Şahrazın ev sahibliyi ilə baş tutan festivalda BBC-nin məhşur jurnalistləri, keçmiş diplomatlar iştirak edib. Bu mötəbər tədbirdə ölkəmizi müxtəlif sahələri və qurumları təmsil edən səlahiyyətli şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri təmsil ediblər.
Videoformatda baş tutan tədbir iştirakçılarına ölkəmizdəki xristian (Alban) və müsəlman tarixi abidələrinə aid videoçarx təqdim edilib, dini abidələrin tarixi ilə bağlı ətraflı məlumat verilib. Festivalda, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri haqqında geniş informasiya çatdırılıb, milli mətbəximiz, milli geyimlərimiz, Qarabağ atları haqqında videomateriallar nümayiş etdirilib, milli mədəniyyətimizin tarixində özünəməxsus yeri olan xalçaçılığımız barədə ətraflı məlumat verilib.
Bundan əlavə, Azərbaycanın təbii və tarixi gözəlliklərini əks etdirən videoçarxlar da xarici iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda Azərbaycanın milli musiqi nümunələri səsləndirilib.
Festivalda Azərbaycanın iştirakı layihəsinin müəllifi Mançestr Universitetinin məzunu Leyla Qasımovadır.

 

Diasporpress.az