Ölkə

Azərbaycan ilə Gürcüstan arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə Gürcüstan arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə  ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüb.

Diasporpress.az xəbər verir ki, görüşdə tərəflər ölkələrimiz arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
M.Çxenkeli Gürcüstan ilə Azərbaycanın sözügedən sahələrdə reallaşdırdığı birgə layihələri müsbət qiymətləndirib.
Nazir bildirib ki, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırmaların aparılması böyük əhəmiyyət kəsb edir.
F.Quliyev Azərbaycanın Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.
Diplomat elm və təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin müsbət dinamikasının digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Diasporpress.az