Ölkə

Azərbaycan hərbçiləri Şurnux kəndində post qurdu: ermənilərə vaxt verildi – VİDEO

Azərbaycan hərbçiləri Şurnux kəndində post qurdu: ermənilərə vaxt verildi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri Ermənistanın cənub-şərqindəki Zəngəzur (Sünik) vilayətinin Şurnux kəndinə daxil olublar.

 

Diasporpress.az xəbər verir ki, bu barədə Şurnux kəndinin icma rəhbəri Akop Arşakyan sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri yanvarın 2-də rusiyalı sülhməramlıların müşayiətilə artıq kənddə post qurublar.

 

“Hər şey bitdi. Azərbaycan hərbçiləri kəndi nəzarətə götürdü. Kənddə artıq post qoyulub. Bizə kəndi tərk etmək üçün yanvarın 5-nə qədər vaxt verilib. Bu vaxtdan sonra Şurnuxda heç kim qalmamalıdır. Bizə isə vəziyyətlə barışmaq və hərbi formaları çıxarmaq qalır”,-deyə Arşakyan bildirib.

 

Dekbarın sonlarından Şurnux kəndinin ərazisində dövlət sərhədinin müəyyənləşdirilməsi üçün delimitasiya və demarkasiya işləri aparılır. Ermənilər kəndin onlara məxsus olduğunu idda etsələr də, köhnə sovet xəritəsində Şurnuxun vaxtilə Azərbaycan ərazisi olduğu qeyd edilib.

Qubadlı rayonu ilə sərhəddəki Şurnux kəndinin hazırkı vəziyyəti belədir: kənd Azərbaycan-Ermənistan dövlət sərhədinin düz ortasında yerləşir.

Məsələ burasındadır ki, ermənilər işğal dövründə kəndin torpaqlarını genişləndirərək, Azərbaycan ərazisini mənimsəyib, orada əlavə evlər tikiblər. Bununla da Azərbaycana məxsus torpaqları da Ermənistanən ərazisinə qatıblar.

Azərbaycan hərbçiləri bir müddət əvvəl ermənilərdən kənddəki 12 evi boşaltmağı tələb etmişdilər. Həyasızlıq edən ermənilər buna etirazlarını bildirsələr də, indi həmin yerləri boşaltmaq məcburiyyətindədirlər.

 

 

Diasporpress.az