Ölkə

Azərbaycan Gürcüstandan dərman idxalını 4 dəfəyə yaxın azaldıb

Bu ilin on ayında Azərbaycan Gürcüstandan 607 ton dərman preparatları idxal edib.

Azərbaycan Gürcüstandan dərman idxalını 4 dəfəyə yaxın azaldıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin on ayında Azərbaycan Gürcüstandan 607 ton dərman preparatları idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkədən tədarük etdiyi dərman vasitələrinin dəyəri 22 890,6 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi medikamentlərin həcmində 1 442,9 ton və ya 3,37 dəfə, dəyərindı isə 5,406,6 min dollar azalma qeydə alınıb.

 

DiasporPress.az