Ölkə

Azərbaycan-Gürcüstan münasibətlərinin 30 illiyi ilə bağlı konfrans keçirilib

Azərbaycan-Gürcüstan münasibətlərinin 30 illiyi ilə bağlı konfrans keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan – Gürcüstan: əsrlərin sinaqından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktiki  konfrans keçirilib.

Diasporpress.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstanın Beynəlxalq Qafqaz Universiteti və Avrasiya Beynəlxlaq İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı və gürcü diplomatlar, alim və tədqiqatçılar iştirak ediblər.

Tədbirin açılışında təbrik nitqi ilə çıxış edən Gürcüstan Xarici İşlər Nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Milli muzeyinin Baş direktoru David Lordkipanidze və Azərbaycanın Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının dərin tarixi köklərə malik olduğunu, iki xalq arasında dostluq bağları, Gürcü və Azərbaycanlıların ortaq talelərindən irəli gələn qardaşlıq bünövrəsi üzərində qurulduğunu qeyd etdilər.

Daha sonra AMEA Tarix İnstitutunun direktoru professor Kərim Şükürov və Qafqaz Beynəlxalq Universitetinin rektoru professor Ketevan Şoşiaşvilinin həmsədrliyi ilə keçirilən akademik panel müzakirlərində  azərbaycanlı və gürcü alimlər qarşılıqlı münasibətlərin tarixi, xüsusilə Azərbaycan və Gürcüstanın 20-ci əsrin əvvəlində və sonunda dövlət müstəqilliyi uğrunda mübarizə yolunda əməkdaşlığı, Cənubi Qafqazda sülh naminə tərəfdaşlığı, həmçinin xalqlarımızın qarşılığlı mədəni təsiri haqqında  məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində iki ölkənin alimləri arasında birgə tədqiqat layihələrinin genişləndirilməsi, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi haqqında birgə elmi məcmuanın nəşri məqsədilə işçi qrup yaraıldı.