Nur Sultan şəhərində Beynəlxalq Türk Akademiyasında Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş konfransı başlayıb.
Diasporpress.az xəbər verir ki, konfransda türk dünyasının tanınmış türkoloq alimləri, diplomatları və ziyalıları iştirak edir. Konfransda “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti , “Azərbaycan Xalq Cümhuriyyəti” , Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayevanın “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitablarının təqdimatı olub.
Beynəlaxalq Türk Akademiyasının prezidenti dr.Darxan Kıdıralı Azərbaycanın Türk dünyasına verdiyi töfhələr sırasında Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun saysız xidmətlərinin olduğunu bildirib.
Türk dünyası və Beynəlxalq Türk Akademiyası qarşısındakı xidmətlərinə görə Azərbaycan elçisi Rəşad Məmmədovu akademiyanın “Qızıl medalı” ilə təltif edilib. Bildirilib ki, Türk Akademiyası yarandığı gündən Rəşad Məmmədov ilk səfirdir ki, bu medala layiq görülür.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiayasının bizim ortaq dəyərli ölkələrimiz və xalqlarımızın ifadəsi olaraq yarandığını qeyd edib. Təşkilatın Türk dövlətlərinin ortaq tarixinin, coğrafiyasının elmi işlərini ortaya qoymaqla yanaşı, həm də ortaq dərdlərimizə çağırışlar etdiyini, 44 günlük müharibədə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan yorulmadığını, Dr. Darhan Kıdırlaıın bizim haqq yolumuzda yanımızda olduğunu bildirib.
Konfrans işini bu gün sona çatdıracaq.