“Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn həftə çapa təqdim olunacaq”.
DiasporPress.az APA-ya istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib. O qeyd edib ki, yeni qaydalar lüğət formasında işıq üzü görəcək:
“Lüğətdə az sayda sözə dəyişiklik olunub. Bundan başqa, lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-ə yaxın yeni söz əlavə olunub. Lüğət 100 000-ə yaxın sayda çap olunacaq”.
Yeni qaydaların məktəblərdə tədrisi, ictimaiyyətə necə çatdırılması ilə bağlı isə direktor məlumatı olmadığını bildirib.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 5 ildən bir hazırlanır.
DiasporPress.az