Diaspor

Azərbaycan diasporunun könüllüsü ABŞ-da tələbələrə milli rəqsimizi nümayiş etdirib

Azərbaycan diasporunun könüllüsü ABŞ-da tələbələrə milli rəqsimizi nümayiş etdiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

ABŞ-ın Florida əyalətində təhsil alan, Azərbaycan diasporunun 19 yaşlı könüllüsü Bilge Bengisu AKYOL Universitetində amerikalı tələbələrə Azərbaycanın Milli Rəqsi olan “Dərbəndi”ni nümayiş etdirib.

Diasporpress.az xəbər verir ki, əsasən amerikalı tələbələrin təhsil aldığı Universitetdə dünyanın bir çox yerindən gələn tələbələr də təhsil alır.

Bir çox ölkələrin folklor nümunələrinin də nümayiş olunduğu tədbirdə Azərbaycan və Türkiyə bayraqları dalğalanıb, Azərbaycan musiqisi səsləndirilib.

Universitet tələbələri ilk dəfə Azərbaycan – Qafqaz musiqisini dinləyiblər.

Bundan əvvəl isə gənc könüllünün təşkilatçılığı ilə amerikalı tələbələrə Novruz bayramı mərasimləri və bu bayramın təamları barədə məlumatlar verilib.