Diaspor

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Sabir Beynəlxalq Fondu (Sabir İnternational Foundation) arasında memorandum imzalanıb

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Sabir Beynəlxalq Fondu (Sabir İnternational Foundation) arasında memorandum imzalanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Sabir BeynəlxalqFondu (Sabir İnternational Foundation) arasında qarşılıqlıəməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının və ABŞ qanunvericiliyinə uyğun olaraq ABŞ-da yaşayanazərbaycanlıların əsas hüquq azadlıqlarının həyatakeçirilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində orada yaşayan azərbaycanlılara, onların yaratdıqları dost ölkələrin diaspor təşkilatlarınınfəaliyyətinə qarşılıqlı dəstəyin göstərilməsidir.

Sənəddə ABŞ-da yaşayan həmvətənlərimizin azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsi, orada yaşayan azərbaycanlılar və diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb.

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Sabir İnternational Foundation ABŞ-da Azərbaycan diasporunun inkişafı, diaspor üzvlərinin professionallığının artırılması və mütəşəkkilliyinin möhkəmlənməsi, habelə ABŞ-dan və Azərbaycandan olan şagirdlərin mübadilə proqramlarının təşkili istiqamətində birgə layihələrin həyata keçirilməsibarədə razılığa gəliblər. Həmçinin, tərəflər Azərbaycanın mədəniyyəti və tarixinin təbliği yönəlmiş birgə layihələr həyata keçirəcəklər.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Sabir Beynəlxalq Fondunun rəhbəri Azərbaycanın tanınmış jurnalisti, dahi şairimiz Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirlidir.