Diaspor

Azərbaycan diasporuna ağır itki üz verib

Azərbaycan diasporuna ağır itki üz veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan həqiqətlərinin təbliğ olunmasında böyük rol oynayan İzmir–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazim Kardelen Paşa ömrünün 79-cu ilində vəfat edib.

Əslən Azərbaycandan olan Mülazim bəy 1942-ci ildə anadan olub. Onun ata-babaları 1910–1915-ci illərdə qədim Azərbaycan şəhəri olan İrəvandan Türkiyəyə köçərək Qars şəhərində məskunlaşıblar. Sonradan İzmir şəhərinin Bornovo şəhərində yaşayan həmyerlimiz 2004-cü ildə Turqut Aratla birlikdə İzmir–Azərbaycan dərnəyini qurur. Dərnək 6 ildən sonra öz fəaliyyətini dayandırır. İzmirdə yaşayan azərbaycanlıları bir araya gətirmək naminə 2014-cü ildə İzmir–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin yaranmasının təşəbbüskarı və rəhbəri olur.

Qısa müddətdə qurum iki qardaş xalq və dövlətin əlaqələrinə töhfələr verir. Ölkəmizin tarixini, mədəniyyətini, ənənələrini Türkiyədə yaşadan ünvana çevrilir. Bornova bələdiyyəsi ilə birlikdə Türkiyədə ikinci “Azərbaycan dostluq parkı”nın salınmasının, Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılmasının təşəbbüskarı olur.

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına, İzmirdəki Azərbaycan diasporuna dərin hüznlə başsalığı verir.

Allah rəhmət eləsin!