Diaspor

Azərbaycan diasporu orduya, şəhid və qazi ailələrinə yardım edib

Azərbaycan diasporu orduya, şəhid və qazi ailələrinə yardım edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə yaddaşlara həkk olunan 2020-ci il, həm də COVID-19 və işğalçı ermənistanın Tovuz təxribatı ilə bağlı Azərbaycan diasporu üçün bir sınaq ili oldu.Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, COVID-19 və Tovuz təxribatları zamanı mütəşəkkillik və çeviklik göstərən Azərbaycan diasporu Vətən müharibəsində də birlik və mübarizliyini bir daha nümayiş etdirdi. Diasporumuzun fəaliyyəti yalnız informasiya mübarizəsində iştirak və dövlətimizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə yekunlaşmadı. Həm də dövlətimizə, ordumuza, şəhid və qazi ailələrinə göstərilən maddi-texniki dəstək aksiyalarında da xaricdə yaşayan soydaşlarımız xüsusi aktivlik göstərdilər.

44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 Avro məbləğində (Cəmi: 900.073 manat) maddi dəstək göstərilib. Vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb.

Maddi vəsaitlə yanaşı, soydaşlarımızın təşəbbüsü ilə ölkəmizə əsgərlərimiz üçün minlərlə isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar da göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq qəlbi hər zaman tarixi vətənləri ilə döyünən xaricdəki soydaşlarımıza 44 günlük Vətən müharibəsi ərzində nümayiş etdirdikləri birlik və mütəşəkkilliyiə görə, dövlətimizin yanında olaraq göstərdikləri maddi-texniki dəstəyə görə minnətdarlığımızı bildirir, qarşıdakı illərdə yeni-yeni nailiyyətlər arzulayırıq

Diasporpress.az