Manşet

Azərbaycan diasporu Budapeştdə xeyriyyə aksiyası keçirib

Azərbaycan diasporu Budapeştdə xeyriyyə aksiyası keçiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və “Qardaşlıq” Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə xeyriyyə aksiyası keçirilib.

Pandemiya qaydalarına uyğun olaraq tədbirdən bir həftə öncə Azərbaycan Evinin əməkdaşı Türanə Xəlilova və “Qardaşlıq” Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin sədri David Əmirov Budapeştdə yaşayan azərbaycanlı icmasının üzvlərini və azərbaycanlı tələbələri xeyriyyə tədbiri barədə məlumatlandırıblar. Aksiyanın keçirildiyi yerə dəvət olunan 100-ə yaxın həmvətənimizə imsaq və iftar zamanı istifadə olunacaq ərzaq paketləri təqdim edilib.

Aksiyanın təşkil olunmasında dəstək göstərən Macar-Türk-İslam Cəmiyyətinin sədri Blek Zoltan və Məhəmməd İncəoğluna azərbaycanlı icması adından minnətdarlıq ifadə olunub.

 

Diasporpress.az