Diaspor

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı virtual konfrans təşkil edib

Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib.

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı virtual konfrans təşkil edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycanla yanaşı, Türkiyə, Kanada, Litva, Misir, Polşa, Rusiya, Gürcüstan, Estoniya, Almaniya, İsveçrə, İtaliya, Fransa və Yunanıstandan 18 nəfər qatılıb.

Diaspor gəncləri COVID-19 pandemiyasının yaşadıqları ölkələrdə yaratdığı problemlərdən, xaricdə yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, dövlətimizin və diasporumuzun bu problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıblar.

Müzakirələrin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları qərara alıblar ki, gənclərin fərdi inkişafına, diaspor fəaliyyətinə fayda vermək üçün gələcəkdə də virtual təlim, konfrans və seminarların təşkilini davam etdirsinlər.

 

DiasporPress.az