Ölkə

Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru addımlayacaqdır

Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru addımlayacaqdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqillik dövründə Azərbaycan idmanının inkişafına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev hər zaman idmançılarla görüşür, onların qayğıları ilə maraqlanırdı. Cənab Prezident İlham Əliyev bu siyasi-dəst xəttə sadiq qalaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına nail olmuşdur. Ölkəmizdə kütləvi idman hərəkatının inkişafında Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Bir sözlə, ölkə idmanının inkişafı hər zaman dövlətimiz üçün prioritetdir. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx, səmərəli əlaqələrinin yaradılması da Azərbaycanda idman siyasətinin düzgün həyata keçirildiyinin təzahürüdür.

Cənab Prezident idmançılarla hər zaman görüşərkən idmanın sağlamlıq, sağlam həyat tərzi olduğunu qeyd edir. Deməli, ölkədə idman sahəsinə göstərilən diqqət və qayğı eyni zamanda sağlam nəslin yetişməsinə xidmət edir. Ölkəmizdə idmana böyük marağın olmasının mühüm səbəblərindən biri də hər bir bölgədə müasir idman infrastrukturunun yaradılmasıdır. Müasir idman infrastrukturunun mövcudluğu həmçinin ölkəmizdə beynəlxalq səviyyəli mühüm idman yarışlarının keçirilməsinə imkan yaradır.

Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Möhtərəm Prezident İlham Əliyev hər zaman idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.

Respublika hökumətinin tükənməz diqqəti sayəsində idmanın maddi – texniki bazasının, bədən tərbiyəsi və idmanın kütləviliyinin yaxşılaşdırılmasına və inkişafına imkan yaranmışdı.

Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır.

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.

Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakteri daşıyır. Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil, digər sahələrdə də inkişafına səbəb olmuşdur. Turizmin və mədəniyyətin inkişafı ilə yanaşı, eləcə də iqtisadi əlaqələrin də genişlənməsinə təkən verən bu oyunların təməlində məhz Azərbaycan dövlətinin hərtərəfli inkişafı durur.

Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayır. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Belə rəhbərlər dünyada çox azdır. İnanıram ki, hər bir azərbaycanlının dostu Möhtərəm Prezident İlham Əliyevlə Azərbaycan bundan sonra da çiçəklənəcək, daha böyük tərəqqiyə və qələbələrə addımlayacaqdır.

 

“Legion” güləş klubunun direktoru, məşqçi-müəllim Ricad Məmmədov