Ölkə

Azərbaycan beynəlxalq səhiyyə tədbirində təmsil olunacaq

Azərbaycan oktyabrın 9-11-də Tehranda keçiriləcək İslam Ölkələrinin IV Beynəlxalq Səhiyyə Konqresində iştirak edəcək.

Azərbaycan beynəlxalq səhiyyə tədbirində təmsil olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan oktyabrın 9-11-də Tehranda keçiriləcək İslam Ölkələrinin IV Beynəlxalq Səhiyyə Konqresində iştirak edəcək.

Onlinpress.az “Tehran Times”a istinadən xəbər verir ki, məqsədi tibbi turizm sahəsində region ölkələri arasındakı əməkdaşlığı daha da gücləndirmək olan tədbirdə alimlər və ekspertlər, Səhiyyə və Turizm nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

Konqresdə iştirak etmək üçün Azərbaycan, Cənubi Afrika Respublikası, Əfqanıstan, Hindistan, İraq, Macarıstan, Qırğız Respublikası, Rusiya, Serbiya, Türkiyə ərizə veriblər.

Təşkilatçılara görə, tədbirdə iştirakçılar son nailiyyətlərini təqdim edəcək, təcrübə mübadiləsi apararaq iqtisadi və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

 

DiasporPress.az