Azərbaycan bankları bu ilin 9 ayında 4,1 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansındakı meyillərə uyğun formalaşıb.

Azərbaycan bankları bu ilin 9 ayında 4,1 milyard dollarlıq nağd xarici valyuta alıb-satıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansındakı meyillərə uyğun formalaşıb.

DiasporPress.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, iqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmi müəyyənləşdirən başlıca amil olub.

9 ayda qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 19,5 milyard ABŞ dolları təşkil edib. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81,8%-i dollarda, 18,2%-i digər valyutalarda aparılıb.

Qeyri-nağd valyuta əməliyyatlarının 33,6%-i banklararası valyuta bazarında (BVB), 66,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Hesabat dövründə BVB-də əməliyyatların 95,5%-i ABŞ dollarında, 4,2%-i avroda, 0,3%-i isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının dəyəri 12,9 milyard dollar ekvivalentində olub ki, bunun da 74,8%-ni dollarla əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,4%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatların payına düşüb.

Hesabat dövründə banklar nağd xarici valyutanın alqı-satqısı üzrə 4,1 milyard dollarlıq əməliyyat aparıb ki, bunun da 3,2 milyard dollarını və yaxud 78%-ni dollarla aparılmış əməliyyatlar təşkil edib.

 

DiasporPress.az