Diaspor

Azərbaycanlı rəssam Avropadakı fəaliyyətinə görə təltif edilib

Azərbaycanlı rəssam Avropadakı fəaliyyətinə görə təltif edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, dünyadakı bütün diaspor fəaliyyəti ilə məşğul olan,  xüsusilə də ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdıran və  bu istiqamətdə xidmət göstərən həmyerlilərimizin zəhmətlərini dəyərləndirərək onları mükafatlandırır. Bu mənada ölkəmizi Avropada layiqincə təmsil edən və rəssam olaraq Azərbaycan həqiqətlərini öz peşəkar rəsm əsərlərində əks etdirən Ramal Kazımov da Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təltif edilmişdir.  Komitə tərəfindən rəssam Ramal Kazımov 2020 – ci il ərzində diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə bu təltifə layiq görülmüşdür. Qeyd edək ki, rəssam Ramal Kazımov Belçikanın Antwerpen şəhərində nüfuzlu Kral İncəsənət Akademiyasında magistr təhsili alıb. Və bu müddət ərzində rəssamın, paytaxt Brüsseldə, Belçika Kral İncəsənət Muzeyində ( Musées Royaux des Beaux-Arts de Belgique)
Azərbaycan həqiqətlərini əks etdirən, xüsusilə də Xocalı faciəsindən bəhs edən, ekspressionizm cərəyanında işlənilmiş müasir incəsənət əsərlərindən ibarət  rəsm sərgisi keçirilmişdir. Sərgidə, Azərbaycan Respulikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Belçika Krallığındakı səfiri, rəsmi şəxslər və digər diaspor nümayəndələri iştirak etmişdir. Bundan sonra da istedadlı rəssamımız Ramal Kazımovun faliyyətində ona sənət uğurları və möhkəm sağlıq arzu edirik.

 

 

 

Diasporpress.az