Azay Quliyev Almaniyanın yeni səfiri ilə görüşüb – FOTOLAR  

Bakı Parlament Platformasının (BPP) koordinatoru, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın ölkəmizə yeni təyin olunan səfiri Volfqanq Maniq və səfirliyin birinci katibi Andreas Holt ilə görüşüb.

Azay Quliyev Almaniyanın yeni səfiri ilə görüşüb – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Parlament Platformasının (BPP) koordinatoru, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın ölkəmizə yeni təyin olunan səfiri Volfqanq Maniq və səfirliyin birinci katibi Andreas Holt ilə görüşüb.

DiasporPress.az
 xəbər verir ki, görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutları arasındakı əlaqələrin mövcud vəziyyəti, 2019-cu ilin iyunun 12-də Azərbaycan, Almaniya və Tükiyənin birgə təşəbbüsü ilə yaradılmış Bakı Parlament Platforması və eləcə də ATƏT Parlament Assambleyasında Almaniya və Azərbaycan arasındakı münasibətlər müzakirə edilib.
Səfir Volfqanq Maniq Bakı Parlament Platformasının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq Almaniya dövlətinin bu platformanın fəaliyyətində maraqlı olduğunu bildirib. V.Maniq bu platformanın ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda regional təhlükəsizliyə böyük töhfə verəcəyinə ümid etdiyini deyib.
Azay Quliyev BPP-nin 2020-ci ilin iyun ayında keçiriləcək Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransına hazırlıq barədə səfirə ətraflı məlumat verərək BPP-yə yeni üzvlük müraciətləri ilə bağlı müvafiq tədbirlərin görüldüyünü qeyd edib. A. Quliyev həmçinin, ATƏT PA çərçivəsində iki dövlətin nümayəndə heyətləri arasında olan yüksək əməkdaşlıq səviyyəsi barədə də fikirlərini bölüşüb.

 

 

DiasporPress.az