Əməkdar artist Aybəniz Haşımova səhnədən getməsi ilə bağlı maraqlı etiraf edib.
DiasporPress.az xəbər verir ki, Əməkdar artist “Instaqram” səhifəsində konsertinə biletlər satılmadığı təqdirdə sonda tamaşaçılarla halallaşıb birdəfəlik səhnədən gedəcəyini bildirib:
“İnsanı xoşbəxt etmək üçün bəzən bir söz belə yetər. Dünən aldığım xəbərə görə, onlayn bilet satışında solo konsertimizin biletləri “çox satılanlar” sırasına yüksəlib. Bu xəbərə şad oldum.
Biletlər satılmasaydı, konsertin sonunda tamaşaçılarımla halallaşıb birdəfəlik səhnədən gedəcəyimi düşünürdüm. Siz mənim çiynimə böyük bir yük qoydunuz. Nə yaxşı ki varsınız, mənim millətimsiniz, doğulduğum torpaq Azərbaycandır”.
Qeyd edək ki, dekabrın 6-da Əməkdar artist Aybəniz Haşımovanın Akademik Milli Dram teatrında solo konserti keçiriləcək.
DiasporPress.az