Bu Türkiyənin Antalya şəhərində Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağı (qurultay) öz işinə başlayıb.
DiasporPress.az xəbər verir ki, qurultaya Azərbaycan, Qazaxıstan, ABŞ, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya və Qırğızıstandan nümayəndə heyətlərinin, eləcə də Türkiyə, Azərbaycan və digər xarici dövlətlərdən bir çox önəmli isimləri iştirak edirlər.
Qurultayda çıxış edən Ahıska Türklərinin Lideri Ziyatdin Kasanov Axısxa Türklərinin daha yaxşı bir həyat sürməsi üçün daha da çox çalışacaqlarını, eyni zamanda yeni layihələrin olacağını bildirib. O çıxışında qeyd edib ki, “Qurultaydan yenilənmiş və daha güclü çıxacağıq”.
Toğrul Allahverdili
Antalya