Diaspor

Avstraliyada yaşayan iş adamı: Burada qazandıqlarımı Azərbaycanın maraqlarının təmininə sərf etməyə hazıram (FOTO)

Avstraliyada yaşayan iş adamı: Burada qazandıqlarımı Azərbaycanın maraqlarının təmininə sərf etməyə hazıram (FOTO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burada qazandıqlarımı Azərbaycan diasporunun güclənməsi, Azərbaycan maraqlarının təmin olunması yolunda sərf etməyə hazıram.

DiasporPress.az məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Avstraliya İttifaqı və Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə keçirilən videokonfrans zamanı Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri, iş adamı İmaməddin Qasımov deyib.

Virtual tədbirdə Avstraliyanın Sidney və Melburn şəhərlərindən Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov, Qrinviç (Greenwitch) Menecment Kollecinin birinci kurs tələbəsi Ülvi Musayev, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri Nicat Hacıyev və Rauf Şükürov, iş adamı Xuraman Armstronq, Yeni Zelandiyadan Daşınmaz Əmlak Şirkətlər Qrupunun sahibi Tofiq Məmmədov, “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov və Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

Müzakirələr zamanı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətin soydaşlarımızın yaşayış tərzinə və fəaliyyətinə təsirlərdən, diaspor təşkilatları arasındakı münasibətlərdən, soydaşlarımızın fəallığından, postpandemiya dönəminə hazırlıqdan danışılıb.

Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin gücləndirilməsi və intensivləşdirilməsi soydaşlarımızın daha mütəşəkkil və sistemli şəkildə fəaliyyət göstərməsi baxımından olduqca vacibdir.
“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, iş adamı Qalib Mahmudov Qarabağ xalçalarının satış-sərgisinin keçirilməsi və bu yolla Azərbaycan həqiqətləri barədə yerli sakinlərə ətraflı məlumat verilməsinin vacibliyindən danışıb.

Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta soydaşlarımızın Avstraliyanın ictimai-siyasi həyatına inteqrasiyasından danışarkən, həmvətənlərimizin parlament seçkilərində iştirakının vacibliyi məsələsinə toxunub. O, qeyd edib ki, hazırda erməni əsillilər Avstraliya hökumətində yüksək vəzifələr tutur və parlamentdə təmsil olunurlar. Azərbaycanın maraqları baxımından soydaşlarımızın dövlət strukturlarında təmsilçiliyi, mövcud durumu diasporumuzun lehinə dəyişdirməsi vacibdir.
Sonda Dövlət Komitəsinin yaranmış durumda müxtəlif diaspor təşkilatları ilə videokonfranslar təşkil etməsi təqdir edilib və bu cür görüşlərin davamlı keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

Avstraliyada yaşayan iş adamı: Burada qazandıqlarımı Azərbaycanın maraqlarının təmininə sərf etməyə hazıram (FOTO) - Gallery ImageAvstraliyada yaşayan iş adamı: Burada qazandıqlarımı Azərbaycanın maraqlarının təmininə sərf etməyə hazıram (FOTO) - Gallery Image