Avropa Komissiyasının sədri seçilən Ursula fon der Leyen Berlindəki Konrad Adenauer adına Fonddakı çıxışında Avropanın daha enerjili və qətiyyətlə fəaliyyət göstərməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, Aİ “hakimiyyət dili”ni öyrənməlidir.
“Bir tərəfdən, bu, bizim digərlərinə, məsələn, təhlükəsizlik siyasətində uzun müddət etibar edə biləcəyimiz deməkdir. Digər tərəfdən, mövcud gücdən Avropa maraqları baxımından daha səmərəli istifadə etmək anlamına gəlir”, – deyə Ursula fon der Leyen bildirib.
O hesab edir ki, Rusiya “güc və zorakılıqla” Avropada sərhədləri dəyişməyə cəhd edir və “ABŞ-ın qoyduğu istənilən boşluğu doldurmağa çalışır”.
DiasporPress.az