Diaspor

Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub

Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyada Xocalı soyqırımı qurbanlarının anım tədbirləri davam edir. Həmvətənlərimiz Almaniyanın Helzenkirxen, Köln, Berlin və digər şəhərlərində fəaliyyət göstərən məscidlərə gedərək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilib və 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırılıb.

Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən həmvətənlərimiz faciə qurbanlarının ruhuna dualar oxuyub.

Diasporpress.az