2021-ci ildə Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır.
Diasporpress.az xəbər verir ki, bu barədə “Euler Hermes” sığorta şirkətinin araşdırmasında deyilir.
Qeyd olunur ki, bu il işsizliyin artım səviyyəsi 38 faiz təşkil edəcək. 2020-ci ilin birinci rübündə 4,8 milyon nəfər işsiz qeydə alınmışdısa, 2021-ci ilin üçüncü rübündə bu rəqəmin 6,6 milyon nəfər olacağı gözlənilir.
Hazırda Avropa ölkələrində 13,7 milyon işsizdir ki, bu da ötən illə müqayisədə 1,8 milyon nəfər çoxdur.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az