Dünya

“Avropa yeni tip dünya müharibəsi ilə üz-üzədir” – Makrondan Rusiya və Çinə ittiham

“Avropa yeni tip dünya müharibəsi ilə üz-üzədir” – Makrondan Rusiya və Çinə ittihambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa koronavirus pandemiyası şərtləri altında yeni tip dünya müharibəsi ilə üz-üzədir. Burada Rusiya və Çinin peyvəndlər sahəsində hərəkətlərinin də rolu böyükdür”.

Fransanın “Le Figaro” qəzetinin xəbərinə görə, bu fikri Fransa prezidenti Emmanul Makron səsləndirib.
Onun sözlərinə görə, Avropa “COVİD-19” əleyhinə peyvənd istehsalı məsələsində tam müstəqil olmalıdır. Fransa lideri virusun yayılmaqda və şəkil dəyişdirməkdə davam edəcəyini, bu səbəbdən Avrpanın situasiyanın hər cür inkişafına hazır olması gərəkdiyini vurğulayıb.
Fransa lideri koronavirusa qarşı strategiyaya malik tək bölgənin Avropa olduğunu bildirərək, AB daxilində bununla bağlı kompleks xarakterli sənaye siyasətinin işlənib hazırlandığını söyləyib.
Onun fikrincə, həmin strategiya Birlik daxilində ildə 2-3 milyard doza peyvənd istehsal etməyə imkan yaradacaq. Beləliklə, Avropa Birliyi təkcə peyvəndə olan ehtiyacını ödəməklə qalmayacaq, eyni zamanda onun kütləvi şəkildə ixracatından qazanc əldə edəcək.
Qeyd etmək lazımdır ki, AB-nin Daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton Avropanın Rusiyanın “Sputnik V” peyvəndlərinə ehtiyacı olmadığını bildirib. Onun bildirdiyinə əsasən, hər ay Avropada 150 milyon dozalıq peyvənd istehsal olunur. Bu ilin aprelində 100 milyon, iyul ayına qədər isə 300-350 milyon dozalıq peyvənd bazara buraxılacaq. Məhz bunda sonra Avropa Birliyi özünü virusa qarşı immunitetli hesab edə bilər.
Tyerri Breton Rusya vətəndaşlarının bu cür imkanlara malik olmadığını və peyvəndləri olduqca çətinliklə aldıqlarını vurğulayıb. O, hətta bununla bağlı Rusiya Federasiyasına kömək etməyə hazır olduqlarını bəyan edib.

 

 

Diasporpress.az