Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində “Brexit” üzrə razılıq əldə ediblər.
Bu barədə DiasporPress.az “Reuters”ə istinadən xəbər verir.
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın Aİ-dən çıxışı üzrə razılıq əldə olunduğunu təsdiqləyib.
“Bu, Aİ və Britaniya üçün ədalətli, balanslı razılaşmadır və həll yolu axtarışına sadiq qaldığımızı sübut edir”, – Yunker “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Aİ-yə bu sazişi sammitdə təsdiqləməyi tövsiyə edib.
DiasporPress.az