Azərbaycanın daha bir ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanıb.
Diasporpress.az xəbər verir ki,102 kq çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yeri tutub.
Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci olub.
Ümumilikdə 279 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.
Yığmanın digər üzvü Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yerlə kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.