Diaspor

Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib

Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib.
AAK prezidenti Sahil Qasımovun moderatorluğu ilə keçirilən konfransda Milli Məclisin üzvləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Ramin Məmmədov, Musa Qasımlı, Cavanşir Feyziyev, Elman Nəsirov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, xarici diplomatik missiyaların rəhbərləri Fikrət Axundov, Eldar Bayramov, Qüdsi Osmanov, ictimai xadimlər Tənzilə Rüstəmxanlı, İlham İsmayılov, Avropada Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Arzu Oqtay, Natiq Bağırov, Yaşar Milnits, Nadir Hollenbrand və konqresin idarə heyətinin üzvləri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımını XX əsrin dəhşətli faciələrindən biri, insanlığa sığmayan və misli görünməmiş cinayət adlandırıblar. Xocalı soyqırımının tanıdılması və günahkarların məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycan diplomatiyasının və diaspor hərəkatının həyata keçirdiyi işlər, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən layihələr nəzərə çatdırılıb.
Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi, ermənilərin Xocalıda və digər yaşayış yerlərində törətdikləri cinayət əməllərinə görə döyüş meydanında layiqli cavablarını alması fonunda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbirlərinin fərqli hisslərlə keçirildiyi vurğulanıb. Bildirilib ki, erməni faşizminin törətdiyi Xocalı soyqırımının unudulması qeyri-mümkündür. Yalnız Ermənistanın məsuliyyətini etiraf etməsi, Xocalı soyqırımının rəsmi şəkildə tanınması, cinayətkarların cəzalandırılması istiqamətində beynəlxalq birliyin qətiyyətli addımlar atması iki ölkə arasında həqiqi sülhün əldə olunmasına gətirib çıxara bilər.

 

BÜNYAMİN ÇİNGİZOĞLU

Diasporpress.az